BAKI, 14 noyabr — Sputnik. Rusiya Federasiyası Xüsusi Hərbi Əməliyyat şəraitində xaricə silah satışını artırmağa çalışmır, lakin gələcəkdə yerli müəssisələri ixrac müqavilələri ilə yükləməyə çalışır.
Bunu "Rosoboronexport"un baş direktoru Aleksandr Mixeyev "RİA Novosti"yə "Dubay Airshow 2023" aviasalonu zamanı bildirib.
Son illərdə "Rosoboroneksport" ildə, təxminən 13 milyard dollarlıq satış həcmi ilə silah ixracatında ardıcıl olaraq dünyada ikinci yeri tutur.
"Xüsusi hərbi əməliyyat keçirilən şəraitdə və Rusiya hərbi-sənaye kompleksinin əsas vəzifəsi olan Rusiya Silahlı Qüvvələrinin ehtiyaclarını ödəməkdən çıxış edərək, dünya bazarında yer uğrunda rəqabətdən və Rusiya məhsullarının ixracının həcmini artırmaq istəyindən danışmağın vaxtı deyil", - deyə Mixeyev bildirib.
Bununla yanaşı, "Rosoboronexport"un baş direktoru qeyd edib ki, bu gün Rusiya xüsusi ixracatçısı gələcəkdə ölkə müdafiə müəssisələrinin yüklənməsini təmin edir.
Bundan əlavə, şirkət xarici ölkələrdə birgə müəssisələrin fəaliyyətə başlamasından sonra dividend gətirəcək texnoloji müqavilələr portfelinin formalaşdırılması üzərində intensiv işləyir", - deyə Mixeyev əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.