RUSİYA

Paşinyanın qərarı İrəvanın Qərbə üz tutduğunu nümayiş etdirir - hərbi ekspert

Korotçenkonun sözlərinə görə, Paşinyan Ermənistanda Rusiya hərbi bazasının xarici hərbi kontingentlə, yəni Fransa ilə əvəzlənməsinin məqsədəuyğunluğu məsələsini də qaldıra bilər.
Sputnik
BAKI, 14 noyabr — Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyanın KTMT-nin Minsk sammitində iştirakdan imtinası İrəvanın Qərbə üz tutduğunu, KTMT ölkələri ilə müttəfiqlik münasibətlərini pozmaq kursunu nümayiş etdirir və gələcəkdə Rusiya hərbi bazasının mövcudluğunu şübhə altına ala bilər. Bu barədə RİA Novosti-yə hərbi analitik, "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko bildirib.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Belarus prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığında noyabrın 23-də Minskdə keçiriləcək KTMT sammitində iştirak edə bilməyəcəyi barədə məlumat verib.
İqor Korotçenko

"Ermənistanın baş nazirinin KTMT-nin Minsk sammitində iştirakdan imtina etməsi, şübhəsiz ki, anti-Rusiya qərarıdır. Bu, İrəvanın gələcəkdə qoşulmamaq statusu almaq və KTMT-yə üzv ölkələrlə müttəfiqlik münasibətlərini kəsmək niyyətini nümayiş etdirir. Paşinyanın qərarı Ermənistanın Qərbə aktiv şəkildə üz tutması və NATO ölkələrindən irimiqyaslı silahlar almağa başlaması fonunda həyata keçirilir", - Korotçenko bildirib.

Nümunə kimi o, bir gün əvvəl Fransa istehsalı olan zirehli texnikanın böyük partiyasının Ermənistan ərazisinə gəlməsi ilə bağlı yayılan xəbərləri göstərib. Bundan əlavə, Fransadan üç zenit-raket kompleksinin alınması üçün müqavilə elan edilmişdi.

"Nəzərə alsaq ki, hava hücumundan müdafiə sistemləri ən azı KTMT standartlarına uyğun gəlmir, bu addım Ermənistanın hazırkı rəhbərliyinin seçilmiş maraq vektorunu açıq şəkildə göstərir. Ümumiyyətlə, KTMT sammitindən imtina Moskva üçün açıq siqnaldır. Moskva Ermənistanın yaxın gələcəkdə Moskva ilə İrəvan arasında müttəfiq qarşılıqlı fəaliyyətinə təsir göstərə biləcək növbəti qərarlarına hazır olmalıdır", - ekspert qeyd edib.

Korotçenkonun sözlərinə görə, Paşinyan Ermənistanda Rusiya hərbi bazasının xarici hərbi kontingentlə, yəni Fransa ilə əvəzlənməsinin məqsədəuyğunluğu məsələsini də qaldıra bilər.
O xatırladıb ki, son bir ildə İrəvan Parislə həm hərbi-texniki əməkdaşlıq sahəsində, həm də təhlükəsizlik məsələləri üzrə dialoqda sıx əlaqələri inkişaf etdirib və inkişaf etdirməkdə davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RUSİYA
Kremldən Paşinyanın KTMT sammitində iştirakdan imtina etməsinə münasibət