BAKI, 14 noyabr — Sputnik. Noyabrın 13-də, axşam saatlarında "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus elektrovoz Yeni Suraxanı stansiyası yaxınlığında hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 77-CR-217 olan "Opel" markalı minik avtomobili qəflətən onun qarşısına çıxaraq qəzaya səbəb olub. Bu barədə ADY-dən bildirilib.
Məlumata görə, toqquşma nəticəsində xəsarət alan olmayıb.
"ADY nəqliyyat vasitələri sürücülərini "Yol hərəkəti haqqında" qanunun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yolu keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salmağa, yüksək sayıqlıq göstərməyə və keçidin qatardan boş olduğuna tam əmin olduqdan sonra hərəkətlərini davam etdirməyə çağırır", - deyə qurumun məlumatında bildirilir.
"Dəmiryol keçidlərindən keçmə qaydalarının pozulması, nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsi hallarına görə sürücülər 100 manat cərimələnir", - deyə səhmdar cəmiyyəti bəyan edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.