DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Putin və Ərdoğan arasında telefon danışığı olacağı istisna edilmir

Hazırkı ikitərəfli gündəlik üzrə bir çox sahələrdə ölkələrin fəal əməkdaşlığını nəzərə alsaq, çox güman ki, cənab prezident Rusiya lideri ilə regiondakı vəziyyəti müzakirə edəcək.
Sputnik
BAKI, 13 noyabr — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzza üzrə dünya liderləri ilə telefon diplomatiyasını bərpa edəcək. Bu baxımdan Rusiya prezidenti Vladimir Putinlə danışıqlar mümkündür. RİA Novosti bu barədə Türkiyə liderinin administrasiyasındakı mənbəyə istinadən xəbər verir.
Türkiyə və Rusiya liderləri arasında telefon danışığının baş tutma ehtimalı ilə bağlı sualı cavablandıran mənbə danışıqların istisna edilmədiyini qeyd edib.
"Hazırkı ikitərəfli gündəlik üzrə bir çox sahələrdə ölkələrin fəal əməkdaşlığını nəzərə alsaq, çox güman ki, cənab prezident Rusiya lideri ilə regiondakı vəziyyəti müzakirə edəcək", - mənbə vurğulayıb.
İsrail oktyabrın 7-də səhər Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. HƏMAS döyüşçüləri kütləvi raket hücumlarından sonra İsrailin cənubundakı sərhəd bölgələrinə daxil olublar.
Fələstinin HƏMAS hərəkatının hərbi qanadı İsrailə qarşı "Əl-Əqsa Tufanı" əməliyyatı elan edib. İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı "Dəmir Qılınclar" əməliyyatına başladığını elan edib.
Münaqişənin kəskinləşməsi fonunda bir sıra dövlətlər öz vətəndaşlarını İsraildən çıxarmağa başlayıblar.