İQTİSADİYYAT

Bu il inflyasiya 10.9 faiz təşkil edib - Mikayıl Cabbarov

Nazir bildirib ki, qeyri-neft sektorunun bütün sahələrində artım qeydə alınıb və bu il ərzində qeyri-neft sektorunun ixracı 11 faiz artaraq 2.7 milyard manata çatıb.
Sputnik
BAKI, 13 noyabr - Sputnik. "Cari ilin 9 ayında inflyasiya 10.9 faiz təşkil edib".
Bunu Milli Məclisin bu gün keçirilən iclasında dövlət büdcəsinin müzakirəsi zaman iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, qeyri-neft sektorunun bütün sahələrində artım qeydə alınıb və bu il ərzində qeyri-neft sektorunun ixracı 11 faiz artaraq 2.7 milyard manata çatıb.
O, qeyd edib ki, antiinflyasiya tədbirləri inflyasiya yavaşlamasına şərait yaradıb. Nəticədə 2023-cü ilin 9 ayında inflyasiya 10.9 faiz təşkil edib.
M.Cabbarov vurğulayıb ki, hazırda Azərbaycanın qeyri-neft-qaz sektorunda strateji layihələr üzrə istiqamətlərin müəyyən edilməsi ilə bağlı işlər aparılır.
“Əsas vəzifəmiz iqtisadiyyatda yüksək əlavə dəyər yaradan, başlıca olaraq özəl sektorda cəmləşmiş fəaliyyət sahələrində təşviq və yeni stiumullaşdırma alətlərinin geniş tətbiqini təmin etməkdir”, - deyə nazir əlavə edib.
Xatırladaq ki, Milli Məclisin plenar iclasında 2024-cü ilin dövlət büdcəsinin müzakirəsi başlayıb. Deputatlar üç gün dalbadal - noyabrın 13-ü, 14-ü və 15-də büdcə zərfini müzakirə edəcəklər.
2024-cü il dövlət büdcəsinin gəlirlərinin 34,1 milyard manat, xərclərinin isə 36,7 milyard manat təşkil edəcəyi gözlənilir.