BAKI, 13 noyabr — Sputnik. "Gələcək üçün işğaldan azad olunan ərazilərin ayrıca inkişaf strategiyası hazırlanmalıdır".
Bunu Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu parlamentin noyabrın 13-də keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, həmin strategiya çərçivəsində həmin ərazilərin bərpası üçün kənar mənbələrdən vəsaitlərin cəlbi uyğun olardı.
Deputatın sözlərinə görə, azad edilən ərazilərin bərpası üçün lazım olan vəsaitlərin ilkin proqnozu kimi 50-55 milyard manat, bəzən də daha yüksək rəqəmlər səsləndirilir: "Hesab edirəm ki, həmin məbləğ dövlət büdcəsinin imkanları xaricindədir və əlavə yük deməkdir. Odur ki, gələcək üçün işğaldan azad olunan ərazilərin ayrıca inkişaf strategiyası hazırlanmalıdır".