İQTİSADİYYAT

Yüz iyirmidən çox Britaniya şirkəti Rusiyaya qarşı sanksiyaları pozduğunu etiraf edib

Nəşr Rusiyaya qarşı tətbiq edilən tədbirlərin genişliyinin Britaniya biznesi üçün böyük sınaq olduğuna diqqət çəkib.
Sputnik
BAKI, 11 noyabr — Sputnik. 120-dən çox Britaniya şirkəti Rusiya əleyhinə sanksiyaları pozduğunu etiraf edib.
"Financial Times" bu barədə yazıb.
Ümumilikdə 127 şirkət pozuntular barədə könüllü olaraq Böyük Britaniya hökumətini məlumatlandırıb. Şirkətlər cərimələrin azaldılması üçün istintaqla əməkdaşlığa razılaşıblar.
Nəşr Rusiyaya qarşı tətbiq edilən tədbirlərin genişliyinin Britaniya biznesi üçün böyük sınaq olduğuna diqqət çəkib.
Qəzet məhdudiyyətlərin pozulmasının səbəbləri arasında Britaniya tacirlərinin biznes apardığı Rusiya Federasiyası ilə əlaqəli şirkətlərin qeyri-şəffaf mülkiyyət strukturunu da göstərib. Rusiyanın fiziki və hüquqi şəxslərinin Rusiya Federasiyasının hüdudlarından kənarda təsir imkanlarının olduğu iddia edilib.
Qeyd edək ki, bu günlərdə Avstraliyanın hakim orqanları Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı yeni sanksiyalar elan edərək, Rusiya Federasiyasına müəyyən malların tədarükünü qadağan edib.