BAKI, 11 noyabr - Sputnik. Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin (USQ) hücum qruplarının altı hücumunu dəf ediblər. Donetsk istiqamətində düşmən 185 nəfərə qədər itki verib.
Bu barədə Cənub qruplaşmasının mətbuat mərkəzinin rəhbəri Vadim Astafyev RİA Novosti-yə bildirib.
"Donetsk istiqamətində bölmələr aviasiya və artilleriya atəşinin dəstəyi ilə USQ-nin hücum qruplarının altı hücumunu uğurla dəf ediblər", - deyə Astafyev bildirib.
Zabit düşmənin 185-ə qədər hərbçisinin həlak olduğunu və yaralandığını, 5 pikap və KamAZın da darmadağın edildiyini söyləyib.
O əlavə edib ki, qrupun artilleriyası Novomixaylovka ərazisində Ukrayna Silahlı Qüvvələrinin dronlarının idarəetmə məntəqəsini məhv edib.
“KP.RU” saytı yazıb ki, noyabrın 10-da Rusiya qoşunları Krasnolimansk istiqamətində USQ-nin şəxsi heyətinin və texnikasının cəmləşdiyi səkkiz yerə zərbələr endiriblər. Dörd komanda-müşahidə məntəqəsi sarsıdılıb.
Nəticədə düşmənin bu istiqamətdə itkiləri 160-a qədər döyüşçü olub. Bundan əlavə, üç tank, dörd avtomobil, dörd zirehli döyüş maşını və iki M777 haubitsa məhv edilib.
Oktyabrın 23-də Rusiya qoşunları Cənubi Donetsk istiqamətində düşmənin şəxsi heyətinin cəmləşdiyi ərazilərə zərbələr endiriblər, Ukrayna Silahlı Qüvvələrinin itkiləri 200-dən çox əsgər təşkil edib.