İDMAN

Azərbaycan yığması Britaniyada dünya çempionu oldu

Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Elnur Məmmədovdan ibarət heyət tamblinq üzrə komanda hesabında çempion olub.
Sputnik
BAKI, 10 noyabr - Sputnik. Azərbaycan yığması Böyük Britaniyanın Birmingem şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatında qızıl medal qazanıb.
Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Elnur Məmmədovdan ibarət heyət tamblinq üzrə komanda hesabında çempion olub.
Qeyd edək ki, bu Azərbaycan gimnastikası tarixində bir ilkdir (Report).