DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Avropa İttifaqı gələcəkdə Türkiyənin qapısını tez-tez döyəcək - Ərdoğan

Türkiyə lideri deyib ki, Aİ düşdüyü strateji korluqdan qurtulmaq ümidini tədricən itirir.
Sputnik
BAKI, 10 noyabr – Sputnik. Avropa İttifaqı düşdüyü strateji korluqdan qurtulmaq ümidini getdikcə itirir və “tez-tez Türkiyənin qapısını döyəcək”.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə 1963-cü ildə Avropa İttifaqına (o zaman Avropa İqtisadi İttifaqı) ilə assosiasiya sazişi imzalayıb və 1987-ci ildə birliyə üzvlük üçün müraciət edib. Lakin üzvlük danışıqları yalnız 2005-ci ildə başlayıb və fikir ayrılıqlarına görə dəfələrlə dayandırılıb.
Hazırda danışıqlar dosyesinin 35 fəslindən 16-sı açıqdır. Bundan əvvəl Ərdoğan BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka uçmazdan öncə demişdi ki, lazım gələrsə, Türkiyə ilə Aİ-nin yolları “ayrıla bilər”.
“Aİ düşdüyü strateji korluqdan qurtulmaq ümidini tədricən itirir. Tədricən ümidini itirən Aİ tez-tez Türkiyənin qapısını döyəcək”, – Türkiyə lideri cümə günü Ankarada deyib.
Ərdoğan daha əvvəl demişdi ki, İsveçin NATO-ya daxil olması Türkiyə Aİ-yə qəbul edildikdən sonra mümkün olacaq. Daha sonra NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Ərdoğan İsveçin NATO-ya üzv olmaq ərizəsini Türkiyə parlamentinə ratifikasiya etmək üçün “mümkün qədər tez” göndərməyə razılaşıb. İsveç Avropa Birliyinin üzvü kimi ərizəni ratifikasiya etmək müqabilində Türkiyənin Aİ-yə daxil olması prosesinin intensivləşdirilməsinə yardım edəcəyinə söz verib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyəni Avropada görmək istəmədiklərini, Ankaranın çəhrayı rəngli eynək taxmamalı olduğunu qeyd edib.