İQTİSADİYYAT

Aİİ-də regionlararası əməkdaşlıq üzrə portal işə düşüb

Portalda Aİİ ölkələrinin region hökumətinə, sahibkarlara və sərmayəçilərə aid istənilən iqtisadi subyekt sərbəst şəkildə məlumat yerləşdirə bilər.
Sputnik
BAKI, 9 noyabr - Sputnik. Aİİ-də regionlararası əməkdaşlıq üzrə portal fəaliyyətə başlayıb.
Bu barədə "MİR" telekanalına Avrasiya İqtisadi Komissiyasının (AİK) iqtisadi siyasətin strategiyaları şöbəsinin rəisi Andrey Panteleyev məlumat verib.
"Avrasiya İqtisadi İttifaqında regionlararası əməkdaşlıq üzrə portal fəaliyyətə başlayıb. Portalda Aİİ ölkələrinin region hökumətinə, sahibkarlara və sərmayəçilərə aid istənilən iqtisadi subyekt sərbəst şəkildə məlumat yerləşdirə bilər. Məsələn, sahibkarlar maliyyə cəlb etmək və digər regionlarda tərəfdaş axtarmaq məqsədilə öz şirkətləri, istehsal etdikləri məhsullar, xidmətlər, həmçinin mövcud və potensial investisiya layihələri barəsində məlumat yerləşdirə bilərlər", - o, deyib.
Komissiyanın nümayəndəsi vurğulayıb ki, bu gün Aİİ ölkələrinin əməkdaşlığı əsasən ölkələrin paytaxtları vasitəsilə həyata keçirilir. Digər şəhərlər və bölgələr əməkdaşlığa çox zəif cəlb olunublar.
Panteleyev hesab edir ki, yeni portalın açılması onların bu proseslərə daha fəal cəlb olunmasına xidmət edir.
Şöbə rəisi həmçinin bildirib ki, Aİİ-də xüsusən biznes xətti ilə regionlarası əməkdaşlıq aktivləşir. Misal üçün, Rusiya-Qırğızıstan regionlarası konfransda bölgələrdə təxminən 900 milyon dollarlıq layihələrin həyata keçirilməsi barədə razılaşmalar əldə olunub.
Bir müddət əvvəl Aİİ dövlət başçıları regionlararası əməkdaşlıq mövzusunu Strategiya-2025-ə daxil ediblər, daha sonra isə AİK regionlararası əməkdaşlığın aktivləşdirilməsin dair tədbirlər planını qəbul edib.