BAKI, 7 noyabr — Sputnik. ABŞ-ın Rusiya nüvə yanacağından asılılığı ciddi narahatlıq doğurur və ölkənin milli təhlükəsizliyi üçün kritik təhdid yaradır.
Bunu ABŞ Energetika Nazirliyinin ABŞ Nüvə Enerjisi İdarəsinin rəhbəri Ketrin Haff deyib.
"Bizim nüvə enerjisi üzrə, xüsusən də Rusiyadan asılılığımızdan qurtulmağımız həqiqətən vacibdir... Fəaliyyət olmadan Rusiya bu bazarı saxlamağa davam edəcək... bu, milli təhlükəsizlik, iqlim və enerji müstəqilliyimiz üçün həqiqətən vacibdir", - deyə Haff Bu barədə "Financial Times" qəzetinə müsahibəsində bildirib.
ABŞ-ın energetika nazirinin köməkçisi olan Haffın sözlərinə görə, ABŞ reaktorlarının istifadə etdiyi yanacağın, təxminən 20%-nin Rusiya təchizatçıları ilə müqavilə əsasında gəlməsi "ciddi narahatlıq doğurur".
O, Rusiyanın dünyanın nüvə zənginləşdirmə potensialının, təxminən 50%-nə nəzarət etdiyini və illərdir "ucuz zənginləşdirilmiş uran məhsullarını dünya bazarlarına atmaqla" ABŞ-ın nüvə təchizat zəncirini sarsıtmaq üçün uğurla çalışdığını etiraf edib.
ABŞ energetika nazirinin köməkçisinin sözlərinə görə, ABŞ Prezidenti Co Baydenin administrasiyası ABŞ şirkətlərini uranın zənginləşdirilməsi və konversiya imkanlarının artırılmasına həvəsləndirmək strategiyasını dəstəkləmək məqsədi ilə Konqresdən 2,16 milyard dollar istəyib.
Haffın fikrincə, bu plan ABŞ Energetika Nazirliyini nüvə reaktorlarının genişlənən gələcək parkı üçün adekvat yanacaq tədarükünü təmin etməkdəm ötrü şirkətlər üçün son instansiyanın uzunmüddətli alıcısı edəcək.
Bununla belə, o əlavə edib ki, bu hökumət investisiyalarının uğuru Rusiyanın nüvə məhsulları və xidmətlərinə uzunmüddətli məhdudiyyətlərin tətbiqindən asılı olacaq.
"Biz keçmişdə görmüşük ki, ucuz Rusiya zənginləşdirilmiş uran məhsullarının tullantıları tarixən bizim yanacaq dövriyyəmizə ciddi ziyan vurub və bizi bugünkü vəziyyətə gətirib çıxarıb", - nəşr Haffın sözlərindən sitat gətirib.
Əlavə olaraq, o bildirib ki, ABŞ 2050-ci ilə qədər iqlim hədəflərinə çatmaq üçün növbəti iki-üç il ərzində 5-dən 10-a qədər yeni reaktor müqaviləsi imzalamalıdır.