Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkələr arasında bir çox strateji əhəmiyyətli məsələlər üzrə tam konsensus formalaşıb.
Bunu Azərbaycanın “Stem” analitik mərkəzinin rəhbəri Orxan Yolçuyev Sputnik Azərbaycan-a müsahibəsində deyib.
“TDT ölkələri əməkdaşlığın yeni mərhələsinə keçirlər: onlar iqtisadi və siyasi xarakterli məsələlərlə yanaşı, təhlükəsizlik, müdafiə və hərbi-texniki sənayenin inkişafı məsələlərini də müzakirə ediblər”, - deyə Yolçuyev qeyd edib.
Ekspert vurğulayıb ki, Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin coğrafiyasından iki qlobal dəhliz keçir: “Şərq-Qərb” və “Şimal-Cənub” bu arealın qlobal miqyasda əhəmiyyətini göstərir.
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sammit çərçivəsində dediyi kimi, nəqliyyat marşrutlarının diversifikasiyasına təcili ehtiyac olduğu bir halda Zəngəzur dəhlizi böyük əhəmiyyət kəsb edir", - deyə Yolçuyev vurğulayıb.