BAKI, 5 noyabr - Sputnik. Nüvə-raket silahlarının mövcudluğu tarixində ilk dəfə olaraq Rusiya bu sahədə rəqiblərini qabaqlayır.
Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev noyabrın 4-də "Rusiya" beynəlxalq sərgi və forumunda "Bilik" Cəmiyyətinin marafonunda çıxışı zamanı deyib.
Patruşev bildirib ki, Rusiya unikal strateji silahların sahibidir.
"Rusiya həmçinin gələcək onilliklər üçün təhlükəsizliyini təmin edən hipersəs silahlarına da malikdir", - deyə Rusiya Təhlükəsizlik Şurasının katibi vurğulayıb.
"KP.RU" yazıb ki, noyabrın 2-də Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyasının Nüvə sınaqlarının hərtərəfli qadağası haqqında Müqavilədən çıxması haqqında qanun imzalayıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov sənəd layihəsini BMT-nin baş katibi Antonio Quterreşə göndərib.