BAKI, 5 noyabr - Sputnik. Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan çövkən üzrə dünya çempionatına start verilib.
Report-un məlumatına görə, Binə Atçılıq Mərkəzində təşkil olunan yarışın ilk günündə 3 oyun baş tutub.
Açılış görüşündə Azərbaycan və Türkiyə yığmaları üz-üzə gəliblər. Qarşılaşma millimizin 7:1 hesablı qələbəsi ilə başa çatıb. Günün digər oyunlarında Mərakeş Qazaxıstanı 3:1, Özbəkistan isə Polşanı 4:3 hesabı ilə məğlub ediblər.
Noyabrın 6-da daha 3 matç baş tutacaq. Azərbaycan Qazaxıstanla, Mərakeş Polşa ilə, Özbəkistan isə Türkiyə ilə qarşılaşacaq.
Dünya çempionatına noyabrın 8-də keçiriləcək 3-cü yer uğrunda oyun və final görüşü ilə yekun vurulacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.