BAKI, 4 noyabr - Sputnik. "Ehtiyac meyarı" anlayışını ləğv etmək istəyirik.
APA xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclasında deyib.
O bildirib ki, hökumətin niyyəti bu prosesi tam vahid bir instituta çevirməkdir.
"Amma bu bir mexanizmdir, instrumentdir, hələ ki, qarşımızda böyük çağırışlar var, bunu instrument olaraq saxlayırıq", - Babayev qeyd edib.
"Elə bir il ola bilər ki, bizə o çağırışlar mane olar, diversifikasiya etmək ehtiyacımız yarana bilər. Amma hökumətin niyyəti də yaxın müddət ərzində bu prosesi tam bir instituta çevirməkdir", - deyə nazir əlavə edib.