BAKI, 4 noyabr — Sputnik. Nüvə silahı daşıya bilən F-35 qırıcılarının ABŞ-dan Böyük Britaniyaya təhvil verilməsi Rusiya Federasiyası tərəfindən operativ hərbi planlaşdırma zamanı nəzərə alınacaq.
"RİA Novosti" Rusiya XİN rəhbərinin müavini Aleksandr Qruşkoya istinadən xəbər verir.
Nazir müavininin sözlərinə görə, ABŞ təyyarələrinin planlaşdırılmış təhvil verilməsi Rusiya Federasiyasına hərbi təzyiqi artırmaq məqsədi daşıyır. Qruşko, həmçinin NATO təlimlərinin sayının və miqyasının artdığını qeyd edərək, onları Rusiya Federasiyasının cilovlanması siyasətinin bir hissəsi adlandırıb.
Diplomat alyansın hərəkətləri ilə bağlı Rusiya tərəfinin planlaşdırdığı cavab tədbirləri barədə məlumat verib.
"Bütün zəruri hərbi-texniki ehtiyat tədbirləri görüləcək", - deyə Qruşko vurğulayıb.
Bundan əvvəl o, NATO-nun Baltik dənizini alyansın daxili dənizinə çevirmək cəhdlərinin mənfi nəticələrinin dərk edilməsinin vacibliyini bildirmişdi.