BAKI, 1 noyabr — Sputnik. Rusiyanın yeni FAB-1500 hava bombaları Ukraynanın hava hücumundan müdafiə sistemlərinə ciddi təzyiq göstərəcək. Bu barədə "Newsweek" nəşri məlumat yayıb.
"Yeni nəhəng idarə olunan bombalar Moskvanın silah arsenalını dolduracaq və Ukraynanın hava hücumundan müdafiə sistemlərinə təzyiq göstərəcək", - deyə nəşrin müəllifləri yazırlar.
Onlar qeyd ediblər ki, Su-34, Su-30 və Su-35 qırıcılarından buraxıla bilən Rusiya aviabombaları 20 metrə qədər dərinlikdəki bunkerləri məhv etməyə və üç metr dəmir-betondan keçməyə qadirdir.
Jurnalistlər həmçinin vurğulayıblar ki, Rusiya qoşunları FAB-500 aviabombasının kiçik versiyasından istifadə etməyə başlayanda Ukrayna artıq həyəcan təbili çalıb.
Bu yaxınlarda "Times" qəzeti Kiyevdə hava hücumundan müdafiə raketlərinin çatışmazlığı səbəbindən fəlakətin baş verə biləcəyini yazıb. İngiltərə mediasının proqnozlarına görə, Rusiya qoşunları Ukraynadakı bütün enerji infrastrukturunu məhv edə biləcək, buna görə də qarşıdan gələn qış əvvəlkindən daha ağır keçəcək.
"The New York Times" bu yaxınlarda yazıb ki, Ukraynanın hava hücumundan müdafiə vasitələrinə böyük ehtiyacı var və bu səbəbdən o, ABŞ-dan "FrankenSAM" layihəsinin həyata keçirilməsini xahiş edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.