SƏHİYYƏ

Onkoloji xəstəliklərin tibbi sığorta ilə müalicə olunması təklifinə münasibət

Ümid edirəm ki, bu ilin sonuna qədər əlimizdə müəyyən hesablama və nəticə olacaq.
Sputnik
BAKI, 2 noyabr — Sputnik. "Səhiyyə Nazirliyi və aidiyyəti qurumlarla onkoloji xəstəliklərin müalicəsinin icbari tibbi sığorta çərçivəsində olması üçün bir neçə görüşlər keçirilib. Hazırda hesablamalar aparılır".
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, sığorta dəqiq hesablamalar tələb edir:
"Xarici ölkələrdən də bu işə mütəxəssislər cəlb edilib. Hazırda Türkiyədən mütəxəssislər gözləyirik. Ümid edirəm ki, bu ilin sonuna qədər əlimizdə müəyyən hesablama və nəticə olacaq. Bunun nəticəsində məlum olacaq ki, onkoloji xəstəliklərin müalicəsi icbari tibbi sığorta çərçivəsində neçə qarşılanacaq. Adətən ən çox müraciət olunan xəstəliklər nəzərə alınır. Bu gün ölkədə əsasən süd vəzi xərçəngi geniş yayılıb. Yəqin ki, ilk sıralarda həmin xəstəlik nəzərə alınacaq".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.