DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Hərbi ekspert: Rusiya Şərqi Avropa ölkələri üçün heç bir təhlükə yaratmır

Polkovnik Makqreqorun fikrincə, ABŞ öz qoşunlarını Avropada boş yerə yerləşdirib.
Sputnik
BAKI, 2 noyabr - Sputnik. ABŞ öz hərbi kontingentini Şərqi Avropada boşuna yerləşdirib, çünki Rusiya başqa ölkələrə hücum etməyi planlaşdırmayıb və etməyi də planlaşdırmayacaq.
Bunu Pentaqonun rəhbərinin sabiq müşaviri, polkovnik Duqlas Makqreqor "X" sosial şəbəkədəki səhifəsində yazıb.
"ABŞ-ın döyüş gücünün böyük hissəsi Polşa, Rumıniya və Baltikyanı ölkələrdə mənasız şəkildə yerləşdirilib və bu, Şərqi Avropaya hücum etmək niyyəti olmayan Rusiyadan qorunmaq üçün nəzərdə tutulub", - deyə ekspert qeyd edib.
Polkovnik əlavə edib ki, bu siyasətə görə indi ABŞ qoşunları son 30 ildə olduğundan daha kiçikdir və ABŞ artıq 1991-ci ildə olduğu kimi beş min qırıcını və yüzlərlə bombardmançını havaya qaldıra bilməz.
Makqreqor vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putin qonşu ölkələrlə münaqişəyə girmək istəmir və Ukraynada yalnız Rusiya xalqına qarşı olan zülmü dayandırmaq məqsədi güdür.
Öz növbəsində Putin özü də dəfələrlə qeyd edib ki, Rusiya dünyanın ən böyük ölkəsidir və onun inkişaf etdirilməsi üçün kifayət qədər öz əraziləri var, ona görə də o, yeni ərazilərin ələ keçirilməsində qətiyyən maraqlı deyil.