İDMAN

Azərbaycan güləşçiləri Rusiyada 2 medal qazanıblar

Həmçinin Qazaxıstanın Çimkənd şəhərində isə yunan-Roma güləşi üzrə beynəlxalq yarış təşkil edilib.
Sputnik
BAKI, 2 noyabr — Sputnik. Rusiyanın Nefteyuqansk şəhərində sərbəst güləş üzrə beynəlxalq turnir keçirilib.
İki təmsilçimiz fəxri kürsüyə qalxıb.
Rəşid Babazadə (65 kq) və Şamil Zubairov (97 kq) üçüncü yeri tutub.
Qazaxıstanın Çimkənd şəhərində isə yunan-Roma güləşi üzrə beynəlxalq yarış təşkil edilib. Məhəmməd Şükürzadə (60 kq) vətənə bürünc medalla qayıdıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.