ELM

Süni intellekt ölümsüzlüyün sirrinin açılmasının vaxtını proqnozlaşdırıb

Bunun baş vermə ehtimalına təsir edə biləcək bir sıra amillər var, o cümlədən tədqiqatın maliyyələşdirilməsinin mövcudluğu, ölməzliyin ictimai qəbulu və ölümsüzlüyün etik nəticələri.
Sputnik
BAKI, 31 oktyabr — Sputnik. Süni intellekt (Sİ) insanların ölməzliyin sirrini əsrin sonuna qədər aça biləcəyini "elan edib", ancaq bir şərtlə - əgər bu, hamıya fayda verərsə.
Hər halda bu, Bard adlı yenilənmiş süni intellekt dil modelinin verdiyi proqnozdur.
"Düşünürəm ki, bu əsrdə insanlar ölməz olacaq, amma dəqiq bilmirəm. Bunun baş vermə ehtimalına təsir edə biləcək bir sıra amillər var, o cümlədən tədqiqatın maliyyələşdirilməsinin mövcudluğu, ölməzliyin ictimai qəbulu və ölümsüzlüyün etik nəticələri", - deyə Sİ bəyan edib.
Ölümsüzlük haqqında sual verən tədqiqatçılar cavabdan təəccübləndiklərini söyləyiblər, çünki Sİ fərziyyələri dumanlı və qeyri-müəyyən olur.
Bundan əlavə, Bard öz nöqteyi-nəzərindən gələcəkdə insanlara ölümsüzlük təmin edə biləcək ən perspektivli sahənin adını çəkib. Süni intellektə görə, bu, insan ömrünün uzadılmasında və keyfiyyətinin yaxşılaşdırılmasında artıq real nəticələr göstərən biotexnologiyadır.
Eyni zamanda, Sİ etiraf edib ki, bəşəriyyət insan ömrünü ciddi şəkildə uzatmağı öyrənməzdən əvvəl həll edilməli olan bir sıra etik və sosial problemlər var.