RUSİYA

Mahaçqala hadisələri Qərb kəşfiyyat xidmətlərinin əli ilə Ukraynadan qaynaqlanıb - Putin

Onun sözlərinə görə, Fələstinə ancaq bu faciənin arxasında duranlarla mübarizə aparmaqla kömək etmək olar.
Sputnik
BAKI, 30 oktyabr - Sputnik. Bazar günü axşam Dağıstanda baş verən hadisələr sosial şəbəkələr vasitəsilə, o cümlədən Ukraynadan, Qərb kəşfiyyat orqanlarının əli ilə ilhamlanıb. Belə bir bəyanatla Rusiya Prezidenti Vladimir Putin çıxış edib.
Rusiya prezidenti Vladimir Putin Mahaçqala hava limanında baş verən hadisələrdən sonra geniş iclas keçirir.

“Dünən gecə Mahaçqalada baş verən hadisələr başqa şeylərlə yanaşı, sosial şəbəkələrdən də ilhamlanıb. Nəhayət, Ukrayna ərazisindən. Qərb kəşfiyyat orqanlarının əli ilə”, - deyə Putin Dağıstandakı vəziyyətlə bağlı görüşdə bildirib.

RF lideri bildlrib ki, bu gün Ukrayna hakimiyyəti öz Qərb himayədarlarının rəhbərliyi altında Rusiyada qırğınları qızışdırmağa çalışır. Dövlət başçısı qeyd edib ki, Şimali və Şərqi Qafqaz yəhudilərinə - tatlara hücum etməklə Fələstinə və onların ailələrinə kömək etmək mümkün deyil.
"Yeri gəlmişkən, bu, Dağıstanda titullu millətdir", - deyə Rusiya prezidenti əlavə edib.
Onun sözlərinə görə, Fələstinə ancaq bu faciənin arxasında duranlarla mübarizə aparmaqla kömək etmək olar.
“Biz Rusiyayıq və xüsusi hərbi əməliyyat çərçivəsində onlarla mübarizə aparırıq. Həm özümüz üçün, həm də əsl həqiqi azadlıq uğrunda mübarizə aparanlar üçün”, - deyə Putin izah edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.