DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Papa Yaxın Şərqdə atəşkəsə çağırıb

Pontifik Müqəddəs Pyotr meydanında ənənəvi bazar günü xütbəsindən sonra Apostol sarayının pəncərəsindən dindarlara müraciət edib.
Sputnik
BAKI, 29 oktyabr - Sputnik. Roma Papası I Fransisk Yaxın Şərqdə atəşkəs, Qəzza zolağına humanitar yardım və girovların azad edilməsinə çağırıb.
Bu barədə “Report” xəbər verir.
“Atəşi kəsin! Qardaşlar və bacılar, dayanın. Müharibə məğlubiyyətdir. Qəzza zolağında humanitar yardıma zəmanət vermək və bütün girovları azad etmək lazımdır”, - pontifik Müqəddəs Pyotr meydanında ənənəvi bazar günü xütbəsindən sonra Apostol sarayının pəncərəsindən dindarlara müraciət edərək deyib.
DÜNYA XƏBƏRLƏRİ
İsrail Qəzza zolağına yardımın həcmini artırmağı planlaşdırır - Yenilənib