DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Macarıstanın baş naziri Aİ rəhbərliyini dəyişməyə çağırıb

Viktor Orbanın sözlərinə görə, Ukrayna münaqişəsi fonunda yaranmış problemlərin öhdəsindən gələ bilmədiyi üçün Avropa İttifaqının rəhbərliyi dəyişdirilməlidir.
Sputnik
BAKI, 29 oktyabr — Sputnik. Ukrayna münaqişəsi fonunda yaranmış problemlərin öhdəsindən gələ bilmədiyi üçün Avropa İttifaqının rəhbərliyi dəyişdirilməlidir.
Bunu Macarıstanın baş naziri Viktor Orban “Radio Kossuth”un efirində söyləyib.
Onun sözlərinə görə, Brüsseldə dəyişikliklərə ehtiyac var, çünki Aİ-nin zirvəsi ittifaqa yalnız “sülh dövründə, sular həyəcanlanmayanda” bacarıqla rəhbərlik edə bilər.
"Ancaq hazıda, fırtına zamanı, nəhəng dalğalar, pirat gəmilər olduqda, bu rəhbərliklə uğur qazana bilməyəcəyik, bu, dəqiqdir" – deyə o, bildirib.
Macarıstan lideri qeyd edib ki, 2024-cü ilin iyununda Avropa Parlamentinə keçiriləcək seçkilər çətin vaxtlarda Aİ-yə üzv dövlətlərin başçılarının işini koordinasiya edə biləcək liderlərin dəyişdirilməsi və yeniləri ilə əvəzlənməsi üçün əla fürsət ola bilər.
Bundan əvvəl Viktor Orban bildirmişdi ki, Avropa İttifaqı Ukraynanın döyüş meydanında qalib gəlməyəcəyini özünə etiraf edə bilməz.