ELM

Amerikalı alimlər videozənglərin psixikaya necə zərər verə biləcəyini izah ediblər

Psixiatr Emili Hemendinger izah edib ki, videogörüş zamanı insanlar üzlərinə həddindən artıq diqqət yetirməyə və xəyali qüsurları görməyə meyllidirlər.
Sputnik
BAKI, 28 oktyabr - Sputnik. Kolorado Universitetinin alimləri “Zoom” və digər proqramlardan istifadə etməklə zənglərin insanların öz görünüşlərindən narazılığını artıra biləcəyini söyləyiblər.
Bu barədə “Gazeta.Ru” xəbər verir.
Amerika Plastik Cərrahlar Cəmiyyətinin məlumatına görə, 2019-cu ildən bəri onların xidmətlərinə tələbat bir yarım dəfə artıb. Çox vaxt müraciət edənlər üzlərində plastik əməliyyat keçirtmək istəyirlər. Çoxsaylı ekspertlər bu cür əməliyyatların artmasını videozəng tətbiqetmələrindən istifadə etməklə əlaqələndirirlər.
Psixiatr Emili Hemendinger izah edib ki, videogörüş zamanı insanlar üzlərinə həddindən artıq diqqət yetirməyə və xəyali qüsurları görməyə meyllidirlər. Xüsusilə qadınlar söhbət zamanı ekranda daha çox özlərinə baxırlar.
Bundan əlavə, proqramın xüsusiyyətlərinə və ya zəif əlaqə keyfiyyətinə görə bəzi insanlar görüntülü söhbət zamanı hər kəsin onların görünüşlərini qiymətləndirmək üçün onlara baxdığını düşünürlər. Bu hiss həyəcan və narahatlığa səbəb ola bilər.
Mütəxəssislər qeyd ediblər ki, videozəng zamanı diqqətinizi xarici görünüşünüzü təhlil etməkdən yayındırmağa və digər insanların söylədiklərinə daha çox diqqət yetirməyə çalışmaq lazımdır. Ayrıca, həmsöhbətlərinizin üzlərinin hər bir hissələrinə diqqətlə baxmamaq lazımdır.