BAKI, 27 oktyabr — Sputnik. Oktyabrın 26-da Rusiya Prezidenti Vladimir Putin raket və kosmik sənayenin inkişafı ilə bağlı iclas keçirəcək.
Bu barədə Kreml rəsmisi Dmitri Peskov brifinq zamanı jurnalistlərə bildirib.
Prezidentin mətbuat katibi qeyd edib ki, Rusiya Federasiyasının rəhbərinin iş günü kosmik mövzular çərçivəsində keçiriləcək.
“Prezident raket və kosmik sənayenin gənc alim və mütəxəssisləri ilə görüş keçirəcək. Onlarla söhbətdən sonra o, raket və kosmik sənayenin inkişafı ilə bağlı iclas keçirəcək”, - deyə Peskov bildirib.
İclasda Putin “Roskosmos”un kosmik fəaliyyətlər üzrə dövlət korporasiyasının baş direktoru Yuri Borisov və “Energia” raket-kosmik korporasiyasının baş konstruktoru Vladimir Solovyovun məruzələrini dinləyəcək. Daha sonra Rusiya Elmlər Akademiyasının rəhbərləri prezidentin qarşısında çıxış edəcəklər.
“Prezidentin Kremldə (planlaşdırılmış - redaktorun qeydi) ictimai olmayan iş görüşləri də var”, - deyə Peskov sözünü yekunlaşdırıb.
Bundan əvvəl Dmitri Peskov bəyan etmişdi ki, Rusiya və KXDR rəhbərləri Vladimir Putin və Kim Çen In Şimali Koreyadan kosmosa astronavt göndərilməsi imkanını müzakirə ediblər.