BAKI, 27 oktyabr — Sputnik. Növbəti raundda Yunanıstan klubu “Panatinaikos”la qarşılaşacağıq. Çox ciddi rəqibdir. Bu görüşə hazırlaşmalıyıq, bunun üçün bir ay vaxtımız var. İlk oyunu səfərdə keçirəcəyik.
"Report"un xəbərinə görə, bunu Çelenc Kubokunda 1/16 finala yüksələn “Xarı Bülbül”ün baş məşqçisi Ziya Rəcəbov deyib.
Qırx bir yaşlı mütəxəssis əvvəlki raundda Slovakiyanın "TJ Spartak" komandasını mübarizədən kənarlaşdırmalarına da toxunub:
"Voleybolçulara, azarkeşlərə, dəstək olanlara və rəhbərliyə təşəkkür edirəm. Həqiqətən də görüş çox gərgin oldu. Belə olacağını da gözləyirdim".
"Şuşanın adı simvolik olaraq bizim üçün çox önəmlidir. Məsuliyyət böyük olduğu üçün çox işlər görməliyik. Allah şəhidlərimizə rəhmət etsin", - deyə o əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.