BAKI, 27 oktyabr — Sputnik. Bakının Xətai rayonu, Məhəmməd Hadi küçəsi 70 ünvanında ağaclar gecə ilə kəsilərək yük maşınlarına yüklənilərək ərazidən daşınıb. Bu barədə Sputnik Azərbaycan-a ərazidə yaşayan sakinlər məlumat verib.
Sakinlər bildirib ki, bu gecə saat 02:45 radələrində Məhəmməd Hadi 70 ünvanında yaşıllıq ərazisi hasarlanıb, orada olan üç ədəd ağac kəsilib. Daha sonra ərazi hasara alınaraq tikinti işləri aparmaq üçün oraya tikinti materialları daşınıb.
Sputnik Azərbaycan hadisə barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova ilə əlaqə saxlayıb.
Əvvəlcə ağacların kəsildiyi ərazinin qapısının bağlı olduğu bildirilsə də, sakinlər orada hazırda hasarların yenilənməsini əks etdirən görüntüləri çəkib saytımıza göndərdikdən sonra Nazirliyin əməkdaşları əraziyə təhkim olunub.
Sputnik Azərbaycan sözügedən ünvanda ağacların kəsilməsi faktını diqqətdə saxlayır. Nazirlikdən bildirilib ki, fakt hazırda araşdırılır.
Bakıda tikinti məqsədilə bu ərazidə ağaclar gecə ilə kəsilərək daşındı-
© Sputnik
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.