BAKI, 26 oktyabr — Sputnik. İslamofobiya, antisemitizm və rusofobiya Qərb üçün dünyada çoxqütblülüyün formalaşmasının qarşısını almaqdan ötrü bir vasitəyə çevrilib.
Bunu Rusiya lideri Vladimir Putin Kremldə Rusiya dini birliklərinin nümayəndələri ilə görüşündə deyib.
“Qərbdə çoxqütblü dünya quruluşunun formalaşması prosesinin necə gücləndiyini görürlər və müstəqil, suveren ölkələrin inkişafını dayandırmaq, dünya çoxluğunu parçalamaq üçün islamofobiya, antisemitizm, rusofobiya kimi bütün vəsaitləri istifadəyə verirlər”, - Rusiya Federasiyasının prezidenti belə hesab edir.
Putin vurğulayıb ki, rusiyalılar müxtəlif dinlərə mənsub olmalarına baxmayaraq, Rusiyanın rifahı və təhlükəsizliyi üçün ümumi məsuliyyət daşıyan bir xalqdır.
“Bizim hamımız - pastorlar, ruhani liderlər, xristianlar, müsəlmanlar, buddistlər, yəhudi dininin davamçıları üçün belə harmoniya, cəmiyyətimizin birliyi mütləq dəyərdir”, - deyə ölkə başçısı qeyd edib.
Putin vurğulayıb ki, dünyada müəyyən qüvvələr müsəlmanlarla yəhudilər, şiələr və sünnilər, pravoslavlar və katoliklər arasında münaqişələr yaratmağa çalışır. O xatırladıb ki, Avropa ölkələri uzun müddətdir ki, müsəlman ziyarətgahlarına qarşı küfr və vandalizmə məhəl qoymur, nasist cinayətkarlarını və antisemitləri şan-şöhrətlə “qanadlandırır”, Ukraynada isə kanonik pravoslav kilsəsini qadağan etməyə çalışırlar.
Rusiya prezidenti hesab edir ki, bütün bunlar “dünyada qeyri-sabitliyi artırmaq, mədəniyyətləri, xalqları, dünya dinlərini parçalamaq, sivilizasiyalararası qarşıdurmanı qızışdırmaq” məqsədi ilə həyata keçirilir.
Daha əvvəl Vladimir Putin bildirib ki, bir çox ölkələrin artan potensialı ilə çoxqütblü dünya yaradılır. O qeyd edib ki, çoxqütblü dünya düzəninin qurulması prosesi qaçılmazdır və tarixən zəruridir. Putin onu da qeyd edib ki, dünya, tədricən başqalarını iqtisadi əsarətə salmağa çalışan ayrı-ayrı ölkələrin diktaturasından xilas olur.
Xatırladaq ki, Avropa diplomatiyasının rəhbəri Josep Borrell Avropa İttifaqının formalaşmaqda olan çoxqütblü dünyadan qorxmadığını bildirib. Eyni zamanda, o vurğulayıb ki, dinc fəaliyyət üçün çoxqütblülük mütləq tənzimlənməlidir.