BAKI, 25 oktyabr — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün "Telegram" kanalında Avropa Parlamentinin ruslar üçün "demokratiya pasportları"nın təqdim edilməsi təşəbbüsünü şərh edib.
Bu barədə "aif.ru" saytı xəbər verib.
Diplomat xatırladıb ki, SSRİ-nin nasist işğalı illərində almanlarla əməkdaşlıq edən şəxslərə xüsusi sənədlər - "Volkslistlər" verilib. Hazırda isə, onun fikrincə, Avropa Parlamenti də analoji siyasət yürüdür və Rusiyadan qaçan müxalifətçilər üçün "yaxşı rusların pasportları"nın tətbiqini təklif edir.
AP-nin hesabat layihəsinə toxunan Zaxarova qeyd edib ki, "demokratiya pasportu" sahibləri "Rusiyanın məğlubiyyətindən" sonra Aİ-nin sütununa çevrilməlidir. O xatırladıb ki, "Volkslist"in imzalanması SSRİ-də vətənə xəyanət kimi qiymətləndirilib. Zaxarovanın sözlərinə görə, Rusiya qanunvericiləri AP-nin bu cür qərarlarına reaksiya hazırlamalıdırlar.
Bundan əvvəl Zaxarova AŞPA-nın Rusiya Federasiyası ilə bağlı qəbul etdiyi qətnaməni rusofob sənəd adlandırıb.