CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəkidə kütləvi xəstəliyə görə bağlanan məktəblə bağlı rəsmi açıqlama

Şəki Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin həkimləri təhsil müəssisəsində yaranmış mövcud vəziyyəti qiymətləndirib və akt tərtib edib.
Sputnik
BAKI, 25 oktyabr — Sputnik. Şəkidə təhsil müəssisəsi yayılan qızılca xəstəliyi səbəbindən müvəqqəti bağlanan məktəbdə oktyabrın 27-dən təhsil ənənəvi formada davam etdiriləcək. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib.
O, bildirib ki, Şəki Şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada kəskin yoluxucu xəstəlik kütləvi hal qeydə alındığından, sentyabrın 24-də məktəb rəhbərliyi həkimlərə müraciət edib. Şagirdlər arasında qızılca xəstəliyi müşahidə olunduqdan sonra Şəki Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin həkimləri təhsil müəssisəsində yaranmış mövcud vəziyyəti qiymətləndirib və akt tərtib edilib.
Şəki Rayon Mərkəzi Xəstəxanasında onlara zəruri tibbi xidmət göstərilib. Hər biri sağalaraq kafi vəziyyətdə evə yazılıb. Oktyabrın 6-dan isə dərslərin distant formada tədrisi barədə qərar qəbul edilib. Oktyabrın 27-dən gimnaziyanın fəaliyyətinin ənənəvi şəkildə davam etdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Şəki Şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada kəskin yoluxucu xəstəliyin yayıldığı barədə "Xəzər Xəbər" məlumat yaymışdı.