DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Misirdə tarixin yenidən yazıla biləcəyinə səbəb olacaq məzar tapılıb

Meret-Neyt öz dövrü üçün güdrətli qadın olub və bu, artıq təsdiqlənib.
Sputnik
BAKI, 23 oktyabr — Sputnik. Misirdə arxeoloqlar dəbdəbəli məzarda qazıntı işlərinə başlayıblar - orada artıq 5000 illik şərab şüşələri tapılıb. İlkin məlumatlara görə, içki qadın firona məxsus ola bilərdi. Bu barədə aif.ru saytı xəbər verib.
Söhbət qədim Misir hökmdarlarının birinci sülaləsinin üçüncü hökmdarı olan əri - Cetin ölümündən sonra hakimiyyətə gələn Meret-Neytdən gedir (eramızdan, təxminən əvvəl 3000-ci il).
Misirin mərkəzində yerləşən Abidosda qazıntılar davam edir. Alınan nəticələrdən belə qənaətə gəlmək olar ki, Meret-Neyt qədim Misirdə ilk qadın firon olub. Bu fakt təsdiqini tapsa, o zaman tarix yenidən yazıla bilər.
Ekspedisiyada iştirak edən Şotlandiya Milli Muzeylərinin kuratorları əmindirlər ki, Meret-Neyt öz dövrü üçün güdrətli qadın olub və bu, artıq təsdiqlənib. Bu təsdiqlər arasında türbənin girişində tapılan yazılar da var. Onları deşifrə etdikdən sonra məlum olub ki, məsələn, Meret-Neytin əsas xəzinəyə çıxışı olub.
Arxeoloqların və tarixçilərin fikrincə, Meret-Neyt kişi-fironlarla eyni gücdə olan hakimiyyətə malik idi. Yəni o, erkən sülalə dövrünün heç bir qadın hökmdarının malik olmadığı imtiyazlardan istifadə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.