BAKI, 24 oktyabr — Sputnik. Azərbaycan cüdoçusu Leyla Əliyeva Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən Böyük Dəbilqə turnirində bürünc medal qazanıb.
48 kq çəki dərəcəsində çıxış edən idmançı İtaliya təmsilçisi Françeska Milanini ipponla məğlub edib.
Bu gün həmçinin Ruslan Paşayev (66 kq) bürünc medal uğrunda görüşə çıxacaq. O, Birləşmiş Ərəb Əmirliklərindən olan Narmandah Bayanmunh ilə üz-üzə gələcək.
Qeyd edək ki, Azərbaycan yarışda 14 cüdoçu ilə təmsil olunur. Turnir oktyabrın 26-da başa çatacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.