İDMAN

Azərbaycanın iki cüdoçusu bürünc medal uğrunda görüşə çıxacaq

Onlar həlledici qarşılaşmada müvafiq olaraq Birləşmiş Ərəb Əmirliklərindən olan Narmandah Bayanmunh və italiyalı Françeska Milani ilə görüşəcəklər.
Sputnik
BAKI, 24 oktyabr — Sputnik. Azərbaycanın iki cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən Böyük Dəbilqə turnirində bürünc medal uğrunda görüşə çıxacaq.
Ruslan Paşayev (66 kq) və Leyla Əliyeva (48 kq) yarımfinalda uduzsalar da, medal qazanmaq şanslarını saxlayırlar.
Onlar həlledici qarşılaşmada müvafiq olaraq Birləşmiş Ərəb Əmirliklərindən olan Narmandah Bayanmunh və italiyalı Françeska Milani ilə görüşəcəklər.
Bu gün mübarizəyə qoşulan Rövşən Əliyev, Əhməd Yusifov (hər ikisi 60 kq), Kəramət Hüseynov (66 kq), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq) və Fidan Əlizadə (57 kq) medal qazanmaq şanslarını itiriblər.
Qeyd edək ki, Azərbaycan yarışda 14 cüdoçu ilə təmsil olunur. Turnir oktyabrın 26-da başa çatacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.