CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət Xidməti memarlıq abidəsinin sökülməsinə aydınlıq gətirdi

Tarixi abidəyə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən nəzarət olunur.
Sputnik
BAKI, 23 oktyabr — Sputnik. Səbail rayonunun Qurban Abbasov küçəsi 93 ünvanında yerləşən 3311 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsi olan "Doğum evinin binası"nın söküləcəyi ilə bağlı sosial şəbəkələrdə tirajlanan məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Tarixi abidəyə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən nəzarət olunur.
Tarixi tiklinin damında və yararsız hala düşmüş hissələrində təmir işləri aparılacaq. Hazırda təmir-bərpa işləri üçün hazırlıq görülür.
Aparılacaq təmir-bərpa işlərinin layihəsi də razılaşdırılmaq üçün Dövlət Xidmətinə təqdim olunacaqdır.
Xatırladaq ki, bina 1930-cu ildə inşa edilmişdir. II Dünya Müharibəsinə qədər şəhər mətbəxi kimi, müharibə zamanı təxliyə hospitalı, 1946-cı ildən Azərbaycan SSR Səhiyyə Nazirliyinin tabeliyinə verilmiş və Nadejda Krupskaya adına 5 nömrəli Doğum Evi kimi fəaliyət göstərirdi.