İDMAN

Lyuis Hamilton İsrail və Fələstinlə bağlı dünya liderlərinə müraciət edib

"Mercedes"in 38 yaşlı pilotu bildirib ki, günahsız insanların, xüsusən də uşaqların qəsdən hədəfə alınmasına heç bir bəraət qazandırıla bilməz.
Sputnik
BAKI, 22 oktyabr — Sputnik. Formula 1 üzrə 7 qat dünya çempionu, britaniyalı pilot Lyuis Hamilton 35 milyon izləyicisi olan sosial media hesabında Qəzzaya yardım üçün müraciət edib.
"Mercedes"in 38 yaşlı pilotu İsrail və Fələstində itirilən günahsız insanların məhv olmasına üzüldüyü bildirib:
"Yaşanan ağrı və itkilərin miqyası həqiqətən dağıdıcıdır. Günahsız insanların, xüsusən də uşaqların qəsdən hədəfə alınmasına heç bir bəraət qazandırıla bilməz. Biz bunu qəbul edə bilmərik".
Bəşəriyyətin hər zamankından daha çox bir araya gəlməli olduğunu vurğulayan Hamilton deyib ki, bu qədər ağrı və kədər olsa da, bu vəziyyətə son qoymaq üçün liderlərə əllərindən gələn təzyiqi etməlidirlər:
"Bunun üçün kollektiv gücümüzdən istifadə etməliyik. Bölgədəki hər bir uşaq təhlükəsiz olana qədər dayanmamalıyıq".