İDMAN

Azərbaycanın minifutbol komandası Avropa çempionu olub - Video

Azərbaycanı təmsil edən “Azərsun” şirkətinin komandası finalda Rumıniyanın “Dedeman Oradea” kollektivinə 4:0 hesabı ilə qalib gələrək Avropa çempionu olub.
Sputnik
BAKI, 22 oktyabr - Sputnik. Azərbaycan komandası minifutbol üzrə Avropa çempionu olub.
Bu barədə Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti və “Zirə” klubunun Müşahidə Şurasının sədri Orxan Məmmədov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
O qeyd edib ki, Antalyada keçirilən Avropa Minifutbol Federasiyasının “Euro Business Cup” şirkətlər turnirində Azərbaycanı təmsil edən “Azərsun” şirkətinin komandası finalda Rumıniyanın “Dedeman Oradea” kollektivinə 4:0 hesabı ilə qalib gələrək Avropa çempionu olub.