BAKI, 21 oktyabr - Sputnik. Futbol üzrə Azərbaycan Premyer Liqasının X turunda növbəti oyunlar keçirilib.
“Bank Respublika Arena”da “Sabah” klubu “Sumqayıt” komandası ilə qarşılaşıb.Qarşılaşma zamanı meydan sahibi olan “Sabah” rəqib komandanı 3:1 hesabla məğlub edib.
Bununla da Azərbaycan Premyer Liqasında “Sabah” komandası on xalla səkkizinci, “Sumqayıt” isə on bir xalla yeddinci pillədə qərarlaşıb. Qeyd edək ki, “Sabah” ölkə çempionatında 7 matçdan sonra ilk dəfə qalib gəlib.
Turun digər oyununda isə “Kəpəz” komandası “Zirə” ilə qarşılaşıb. Gəncə şəhər stadionu yenidən inşa olunacağı üçün “sarı-göylər” rəqibini Tovuzda qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.
Bu nəticədən sonra xallarını 20-yə çatdıran “qartallar” yenidən ilk pilləyə yüksəlib. Altıncı xalını qazanan “Kəpəz” isə sonuncu – 10-cu sırada qərarlaşıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.