SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Bakı Təşəbbüs Qrupunun ofisi açılıb

XXI əsrdə dünyanın müstəmləkəçilikdən əziyyət çəkən müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda mübarizəsinə dəstək verən təşkilat cari ilin iyulunda yaradılıb.
Sputnik
BAKI, 21 oktyabr - Sputnik. Oktyabrın 21-də Bakı Təşəbbüs Qrupunun Ofisinin rəsmi açılış mərasimi olub. Açılışda Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov, qurumun rəsmi şəxsləri, yerli və xarici qonaqlar iştirak ediblər.
Bakı Təşəbbüs Qrupunun ofisi açılıb
Bakı Təşəbbüs Qrupunun direktoru Abbas Abbasov deyib ki, kolonializm və neokolonializmə qarşı mübarizə davam edəcək.
Onun sözlərinə görə, bu istiqamətdə fəaliyyət beynəlxalq hüquq çərçşivəsində davam etdiriləcək:

"Bildiyiniz kimi Qoşulmama Hərəkatında Azərbaycan Respublikasının sədrliyi yekunlaşmaq üzrədir. Bu proses yekunlaşdıqdan sonra sırf neokolonializmə qarşı mübarizədə Bakı Təşəbbüs Qrupu olaraq fəaliyyət göstərəcəyik. Kolonializm və neokolonializmə qarşı mübarizə müstəmləkəçilikdən zərər çəkən bütün regionları əhatə edəcək".

Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 2023-cü il iyulun 6-da Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb.
Qrup XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.