İNFOQRAFİKA

Energetiklər Günü: Azərbaycan enerji sahəsində nəyə nail olub

Azərbaycan enerji sahəsində, xüsusən də karbohidrogenlərin dünya bazarlarına tədarükünə başlandıqdan sonra mühüm uğurlar əldə edib. Ölkənin enerji sahəsindəki əldə etdiyi nailiyyətlər haqqında daha ətraflı Sputnik Azərbaycan-ın video infoqrafikasında.
Sputnik
Azərbaycanda 20 oktyabr Energetiklər Günü kimi qeyd olunur. Peşə bayramı 1981-ci ilin məhz bu günündə Azərbaycan İstilik Elektrik Stansiyasının (İES) ilk enerji blokunun işə salınması ilə bağlıdır.
Qeyd etmək lazımdır ki, Azərbaycan enerji sahəsində, xüsusən də karbohidrogenlərin dünya bazarlarına tədarükünə başlandıqdan sonra əhəmiyyətli uğurlar əldə edib. Belə ki, 1994-cü ildə dünyanın səkkiz ölkəsini təmsil edən neft hasilatında ixtisaslaşan 13 iri şirkət arasında Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" üç neft yatağının birgə işlənməsi haqqında "Əsrin müqaviləsi" imzalanıb.
2006-cı ildə Bakı-Tbilisi-Ceyhan boru kəməri istifadəyə verilib və bu kəmər vasitəsilə Azərbaycan nefti dünya bazarına ixrac edilir.
Daha sonra Azərbaycanda qaz yataqlarının işlənməsinə başlanılıb, onların ən böyüyü olan "Şahdəniz"də qazma işləri 2006-cı ildə başlayıb. 2007-ci ildə isə Cənubi Qafqaz boru kəməri işə salınıb və bu kəmər vasitəsilə Azərbaycan ilk dəfə olaraq "mavi yanacaq" ixrac etməyə başlayıb.