RUSİYA

Rusiya XİN BRİKS-in vahid valyutaya keçidi barədə açıqlama yayıb

BRİKS Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanı birləşdirir, lakin son vaxtlar 20-dən çox dövlət iqtisadi bloka qoşulmaq arzusunu bildirib.
Sputnik
BAKI, 19 oktyabr — Sputnik. BRİKS-də vahid valyutanın tətbiq edilməsi bir çox təşkilati proseslərdən keçməyi tələb edir, çoxlu məqamlar var. Bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin "Made in Russia" beynəlxalq forumunun sessiyasında bildirib.
"BRİKS çərçivəsində ortaq standart hesab vahidinin tətbiqi ideyası nəzərdən keçirilir. Bu ümumi valyuta deyil. Ola bilsin ki, bu yerə çatmaz, amma çata da bilər. Biz fərqli yollardan keçməliyik. Bu, texnoloji, təşkilati, hüquqi, iqtisadi, bir çox nüanslarla bağlıdır", - Pankin " qeyd edib.
BRİKS Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanı birləşdirir, lakin son vaxtlar 20-dən çox dövlət iqtisadi bloka qoşulmaq arzusunu bildirib. Avqustun sonunda Yohannesburqda keçirilən zirvə toplantısından sonra BƏƏ, Səudiyyə Ərəbistanı, İran, Argentina, Misir və Efiopiya BRİKS-ə rəsmi olaraq dəvət edilib və yeni ölkələrin tamhüquqlu üzvlüyü 2024-cü il yanvarın 1-dən başlayacaq.