CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda ianələrlə bağlı yeni qaydalar təklif edilib

Milli Məclisdə "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi ilə bağlı müzakirələr gedir.
Sputnik
BAKI, 19 oktyabr — Sputnik. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı məscidlərdə ianələrin qəbul edilməsi ilə bağlı hazırlanan yeni qaydalar haqqında danışıb.
Bu barədə Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında bildirib ki, hazırda yeni qaydalarla bağlı təkliflər hazırlanır.
Mübariz Qurbanlı qeyd edib ki, hələ ki ianələrin ödənilməsi ilə bağlı qaydalar təsdiq olunmayıb. Milli Məclisdə "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi ilə bağlı müzakirələr gedir. Qərar layihəsi qəbul edilərsə, ianələrin qəbul edilməsi şərtləri açıqlanacaq.
Məscidlərə 200-ə yaxın yeni imam təyin edilib.
O xatırladıb ki, din xadimlərinin təyinatını Dini Komitə həyata keçirir. Həmin şəxslərlə bağlı məlumatlar Qafqaz Müsəlmanları İdarəsinə ötürülür: "Məscidlərə ali və orta dini təhsili olan şəxslərin təyinatı aparılır. Əvvəllər kadr çatışmazlığı səbəbindən məscidlərdə çalışan din xadimlərinin əksəriyyətinin dini təhsili olmayıb. Hazırda dini təhsili olmayan şəxslərim əvəzolunması prosesi gedir. Yenilənmiş kadrların sayı 200-ə yaxınlaşmaqdadır və məscidlərə dini ayinləri yerinə yetirmək üçün qadınlar da təyin edilir".