HƏRBİ

Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti beynəlxalq sərgidə iştirak edir - FOTO

Sərgi çərçivəsində müdafiə sənayesi naziri Mədət Quliyev Koreya Respublikasının müdafiə sənayesi naziri Eom Donghvan ilə görüşüb.
Sputnik
BAKI, 18 oktyabr — Sputnik. Koreya Respublikasının Seul şəhərində "SEOUL ADEX 2023" Beynəlxalq Aerokosmik və Müdafiə Sərgisi öz işinə başlayıb.
Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyinin (KOTRA) təşkilatçılığı, Koreya Aerokosmik Sənaye Assosiasiyası (KAIA) və Koreya Müdafiə Sənayesi Assosiasiyasının (KDIA) dəstəyi ilə keçirilən sərgidə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti də ziyarətçi qismində iştirak edir. Bu barədə Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb.
Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti
Silah, sursat, hərbi texnika, təhlükəsizlik sistemləri, PUA-lar, təyyarələr, helikopterlər, nəqliyyat vasitələri, naviqasiya sistemlərinin nümayiş etdirildiyi sərgini ziyarət edən nazir yeni texnologiyalar və innovativ yeniliklərlə tanış olub.
Sərgi çərçivəsində müdafiə sənayesi naziri Mədət Quliyev Koreya Respublikasının müdafiə sənayesi naziri Eom Donghvan ilə görüşüb.
Görüş zamanı müdafiə sənayesi sahəsində əldə olunan texnoloji yeniliklər haqqında danışılıb, Azərbaycan və Koreya Respublikası arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti, gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib və hər iki ölkədə keçirilən beynəlxalq müdafiə sərgilərində qarşılıqlı iştirak barədə razılığa gəlinib.
"SEOUL ADEX 2023" Beynəlxalq Aerokosmik və Müdafiə Sərgisi 22 oktyabr tarixində yekunlaşacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.