DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

"Kraliça kimi davranır": Aİ Ursula Fon der Lyayenin hərəkətlərindən qəzəblənir

Politico: Avropa İttifaqı Ursula Fon der Lyayeni vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə günahlandırıb.
Sputnik
BAKI, 18 oktyabr — Sputnik. Avropa İttifaqı (Aİ) diplomatları Avropa Komissiyasının (AK) rəhbəri Ursula Fon der Lyayeni vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə günahlandıraraq onun idarəolunmazlığını da qeyd ediblər.
Bu barədə Rusiya mediası "Politico"ya istinadən xəbər verib.
Şəxsi söhbətlərdə avropalı diplomatları, qanunvericiləri və habelə onun öz əməkdaşları belə qeyd ediblər ki, Fon der Lyayen Avropa İttifaqı ölkələrinin hökumətlərini qərar qəbul etməkdən uzaqlaşdırır, Avropa Komissiyasını isə fərmanın köməyi ilə kiçik bir məsləhətçi qrupu idarə edir.
"Keçən həftə sonu o, İsrailə planlaşdırılmamış səfər edərkən tənqidlər daha da artıb və bu, avropalı diplomatların qəzəbli reaksiyasına səbəb olub", - məqalədə qeyd edilir.
"Politico" ilə söhbətlərdə bəzi siyasətçilər Fon der Lyayenin səfər zamanı İsrailə Qəzza zolağında beynəlxalq hüquqa riayət edilməsinə dair çağırışlarını çatdırmamasından narazılıqlarını ifadə ediblər.
"O, getdikcə kraliça kimi davranır", - deyə avropalı diplomatlardan biri bildirib.
Avropa Komissiyasının sədrini Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Josep Borrell də qınayıb və bildirib ki, Fon der Lyayenin Aİ-nın xarici siyasətlə bağlı fikirlərini təmsil etmək hüququ yoxdur.
"Avropa İttifaqının istənilən xarici siyasət məsələsi ilə bağlı rəsmi mövqeyi – bir daha təkrar edirəm – rəhbər prinsiplər əsasında qeydə alınır", - deyə Aİ-nin xarici siyasət xidmətinin rəhbəri qeyd edib.