"Bu günə kimi akkreditasiya qiymətləndirməsi yekunlaşmış 7 ATM-in (Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Xəzər Universiteti, Lənkəran Dövlət Universiteti) nəticəsi Akkreditasiya Şurası tərəfindən "əsasən uyğundur" kimi qiymətləndirilərək növbəti 5 il müddətinə institusional akkreditasiyadan keçmələrinə dair qərar qəbul edilmişdir", - deyə qurumdan sorğumuza verilən cavabda bildirilib.
"Biz ilk dəfə olaraq milli akkreditasiya prosesində tələbələri, beynəlxalq ekspertləri və əmək bazarının nümayəndələrini akkreditasiya panellərinə cəlb edirik. Keyfiyyətin kənar qiymətləndirilməsi ilə yanaşı, biz hərtərəfli təlim və metodiki dəstək vasitəsilə Azərbaycanın ali təhsil müəssisələrində beynəlxalq təcrübəni də yayırıq. 2023-cü ildə TKTA 14 ali məktəbə təlim və metodiki dəstək göstərib. İlin sonuna kimi daha 3 ali təhsil müəssisəsi təlim və metodiki dəstəkdən faydalanacaq", - deyə o əlavə edib.