İDMAN

Azərbaycan şahmat millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb

Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinin məlumatına görə, komandalar arasında yarışa 5 kişi və 5 qadın şahmatçı yollanacaq.
Sputnik
BAKI, 18 oktyabr — Sputnik. Azərbaycan şahmat millisinin Monteneqronun Budva şəhərində keçiriləcək Avropa çempionatı üçün heyəti açıqlanıb.
Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinin məlumatına görə, komandalar arasında yarışa 5 kişi və 5 qadın şahmatçı yollanacaq.
Kişilərin qitə birinciliyində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Nicat Abasov, Rauf MəmmədovVasif Durarbəyli mübarizə aparacaqlar. Qədir Hüseynov millinin kapitanı olacaq.
Qadın şahmatçılardan ibarət heyətə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva Gülnar Məmmədova cəlb olunublar. Mixail Şereşevski ilə Yevgeni Tomaşevski kapitan qismində səfərə gedəcəklər.
Qeyd edək ki, Avropa çempionatı 10-21 noyabr tarixlərində keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.