BAKI, 17 oktyabr — Sputnik. Fələstin-İsrail münaqişəsinin genişlənməsi təhlükəsi qalmaqdadır.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov çərşənbə axşamı jurnalistlərə bildirib.
"Əvvəlki kimi, münaqişənin genişlənməsi təhlükəsi hələ də qalmaqdadır. Bu, bütün region üçün tamamilə dəhşətli nəticələrlə dolu ola bilər. Bu, daha böyük humanitar fəlakətlə nəticələnə bilər", - deyə Peskov bildirib.
"Ona görə də, təbii ki, hazırda əsas məsələ "qaynar" müharibəni dayandırmaq, daha sonra isə, həqiqətən də, konseptual olaraq nizamlanma prosesinə yeni səylərlə yanaşmaqdır. Bizə müstəqil Fələstin dövləti lazımdır, bizə İsrail, israillilər üçün təhlükəsizlik zəmanəti lazımdır. Onlar sülh şəraitində yaşamalı və özlərini təhlükəsiz şəraitdə hiss etməlidirlər", - deyə o əlavə edib.