ELM

ABŞ-da avtomobillərdən tamamilə azad bir şəhər qurmağa başlayıblar

ABŞ-da oxşar piyada layihələri artıq Nyu-York və San-Fransiskoda həyata keçirilib, lakin onlarda kirayə evlərin qiyməti bahadır, Kuldesak isə öz kirayəçilərinə ən münasib qiymətləri vəd edir.
Sputnik
BAKI, 17 oktyabr — Sputnik. ABŞ-ın Arizona ştatında tərtibatçılar cəsarətli bir təcrübə keçiriblər. Onlar yalnız piyadalar üçün nəzərdə tutulmuş yaşayış sahəsi yaradıblar. Burada təkcə avtomobillər üçün adi dayanacağı deyil, həm də asfalt örtüyü yoxdur.
Piyadalar üçün cənnət yaradıcılarının dediyinə görə, onlar kolleclərin kampuslarındakı yaşayış təcrübəsindən ilhamlanıblar. Belə ki, kiçik ərazidə yığcam şəkildə yaşayan gənclər yalnız piyada hərəkət edir və qonşularını yaxşı tanıyırdılar.
Kuldesakdakı evlər üç mərtəbədən hündür olmayıb, əsasən ağ qum daşından tikiliblər, yollar isə adi asfalt ilə örtülməyiblər. Rayonda piyada və ya velosipedlə hərəkət etmək olar.
Evlərin sıx düzülüşü və onların, demək olar ki, ağ divarları təxminən 7 hektar ərazini tutan şəhərcik ərazisində hətta çöldə 50 dərəcə isti olduqda belə rahat temperatur təmin edir. Bütün lazımi infrastruktur piyada məsafəsindədir.
Hazırda Kuldesakda cəmi onlarla ailə yaşayır, lakin ərazinin yaradıcılarının fikrincə, artıq sakinləri qəbul etməyə hazır olan 700-dən çox mənzil var və sonradan Kuldesak şəhərə çevriləcək.
ABŞ-da oxşar piyada layihələri artıq Nyu-York və San-Fransiskoda həyata keçirilib, lakin onlarda kirayə evlərin qiyməti bahadır, Kuldesak isə öz kirayəçilərinə ən münasib qiymətləri vəd edir.