Qarabağın dirçəlişi və reinteqrasiyası

Prezident Füzuli şəhərində üçüncü yaşayış kompleksinin təməlini qoyub

Dövlət başçısı görüləcək işləri əks etdirən videoçarxa baxıb.
Sputnik
BAKI, 16 oktyabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Füzuli şəhərində üçüncü yaşayış kompleksinin təməlini qoyub.
Dövlət başçısına kompleks barədə məlumat verilib.
Bildirilib ki, üçüncü yaşayış kompleksi çoxfunksiyalı zonada yerləşən iki ərazidə inşa olunacaq. Kompleksin inşası üçün 12 hektardan çox torpaq sahəsi ayrılıb. Burada tikiləcək 863 mənzildə 3022 nəfərin yaşaması nəzərdə tutulub. Mənzillərin 18-i birotaqlı, 276-sı ikiotaqlı, 370-i üçotaqlı, 199-u dördotaqlı olacaq.
Binaların altında qeyri-yaşayış sahələri, eləcə də həyətdə istirahət meydançası, velosiped və yerüstü avtomobil dayanacaqları inşa ediləcək.
Kompleksdəki binalar daimi su, elektrik təchizatı və yüksəksürətli internetlə təmin olunacaq. İstilik və isti su təchizatı mərkəzləşdirilmiş qazanxana sistemi ilə həyata keçiriləcək. Binaların inşasında istilik tutumlu təbii materiallardan istifadə olunacaq.
Dövlət başçısı görüləcək işləri əks etdirən videoçarxa baxıb.
Sonra Prezident İlham Əliyev Füzuli şəhərində üçüncü yaşayış kompleksinin təməlini qoyub.
Qarabağın dirçəlişi və reinteqrasiyası
Füzuli şəhərində 240 yerlik uşaq bağçasının təməli qoyulub